AZ

Mingəçevirdə içkili şəxs şərab evinə hücum çəkdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mingəçevirdə içkili vəziyyətdə keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn kişi obyektin altını üstünə çevirib.

"Unikal"ın məlumatına görə hadisə Günəşli yaşayış massivində yerləşən “Şərab evi” mağazasında baş verib. Keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn içkili kişi ilkin məlumata görə orada  mübahisə edib və ardınca mağazanın altını üstünə çevirib. Mağazanın içində və çölündə əşyalar, içkilər və hətta soyuducular  yerə atılıb və yararsız vəziyyətə salınıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov
 

Seçilən
57
4
Mənbələr
Şərh ()
Bağla