AZ

Philips-in qüsura görə ödəyəcəyi nəhəng məbləğ açıqlandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tibbi cihaz istehsalçısı "Philips" ABŞ-da yuxu apnesinin müalicəsi üçün qüsurlu cihazların buraxılması ilə bağlı iddiaları həll etmək üçün 1,1 milyard dollar ödəyəcək. 

Valyuta.az xəbər verir ki, bu barədə The Associated Press məlumat yayıb.

"İstehsalçı heç bir günahı etiraf etməyib və işlərlə bağlı hər hansı qeyri-müəyyənliyin aradan qaldırılması üçün razılığa gəldiyini bildirib", - məqalədə aydınlıq gətirilib.

Materialda qeyd edilib ki, ödənişə şirkətin cihazlarından istifadə edən və gələcəkdə risklərə məruz qala biləcək xəstələrin iddiaları da daxildir.

Nəşr xatırladıb ki, artıq üç ildir ki, şirkət DreamStation cihazlarında yaranan qüsurlara görə problemlərlə üzləşib. Philips törəmə şirkəti Respironics tərəfindən geri çağırıldıqdan sonra şirkət bu cihazların ABŞ-da satışını 2024-cü ilin əvvəlində dayandırıb.

Bir gün əvvəl Philip Morris International dünyanın plastik çirklənməsinin yarısına cavabdeh olan şirkətlər siyahısına daxil edilib.

Nicat

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla