AZ

Mədəniyyətlərarası Dialoq Forumuna çox böyük beynəlxalq dəstək var -AÇIQLAMA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq plaforma yaradılıb 

Mayın 1-dən 3-dək ölkəmizdə sülh və qlobal təhlükəsizlik naminə dialoq mövzusunda VI Ümumdünya Mədəniyyətləri Dialoq Forumu keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş təklif əsasında mədəniyyətlərarası dialoqa dair bu Forumun əsası qoyulmuşdur və 2011-ci ildə ilk Forum keçirilmişdir. Bunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviq edilməsi üçün mühüm beynəlxalq plaformanın yaradılmasıdır. Ötən dövrlərdə keçirilmiş bu Forumlar artıq beynəlxalq platforma olduğunu sübut etmişdir. Sevindirici haldır ki, builki Foruma dünyanın 100-dən çox ölkəsindən aparıcı beynəlxalq təşkilatların, hökumət üzvlərinin, parlament sədrlərinin və üzvlərinin, beynəlxalq media nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin və QHT-lərin rəhbərlərinin iştirakı nəzərdə tutulur. Burada dünya üçün aktual olan çağırışlar və məsələlər müzakirə ediləcəkdir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirdi.

Deputat qeyd etdi ki, Bakı ilə yanaşı, Forumun 2 xüsusi panel sessiyası işğaldan azad olunmuş ərazilərdə, Ağdamda və Şuşada keçiriləcəkr. Ümumilikdə, çox sevindirici hal isə ondan ibarətdir ki, Foruma çox geniş və böyük beynəlxalq dəstək göstərilir. Bu gün Forumun təşkilatçıları sırasında dünyanın aparıcı beynəlxalq təşkilatları var. Həmin təşkilatlar Azərbaycanla bərabər mədəniyyətlərarası dialoqun təşviqi işinə böyük töhfə verməkdədir. Ümumiyyətlə, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşadığı və təmasda olduğu bir ölkədir. Əsrlər boyu Azərbaycan dini dözümlülük nümayiş etdirib və müxtəlif millətlərin doğma məkanına çevrilib. Tariximiz və coğrafiyamız onu nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda bu sahədə uğurlara nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı, eyni zamanda, mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Bu gün də Azərbaycanın tarixi irsi dünyaya mədəniyyətlərarası dialoqun nümunəsini təqdim edir. Azərbaycan bu gün də ölkələrin yaxınlaşdırılması, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndərləri arasında yeni körpülərin qurulmasında çox böyük rol oynayır. Təsüdüfi deyil ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdur. 2017-ci il isə “İslam Həmrəyliyi” ili elan olunmuşdur və bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya hər zaman açıq olduğumuzu nümayiş etdirir. 

Kamran Bayramov bildirdi ki, Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə bizim ölkəmiz üçün çox vacib və əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir.  Çünki son illərdə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycan bu tədbirlərə ev sahibliyi edib. Məsələn, Dünya Dini Liderlərinin Forumu, Bakı Humanitar Forumu, Bakı Qlobal Forumu keçirilib. 

VI Ümumdünya Mədəniyyətləri Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələr bu sahədə olan problemləri müəyyən edəcək. Eyni zamanda, tədbirdə iştirak edən çıxışçılara sərbəst olaraq öz fikirlərini bildirmək imkanı yaradılacaq. Tərəfdaşlıq, hərməylik, qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər irəli sürüləcək. Nəticədə mədəniyyətlər, dinlər arasında körpülərin gücləndirilməsi işinə böyük diqqət yetiriləcək.

Cavid Əkbər, “İki sahil”

Seçilən
110
41
Mənbələr
Şərh ()
Bağla