AZ

G7: "Rusiyanın enerji gəlirlərinin azalması Ukraynaya uğurlu dəstəyin açarıdır"

G7 ölkələrinin energetika nazirləri birgə bəyanat qəbul edərək, Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirin azalmasını Ukraynaya uğurlu dəstəyin açarı adlandırıblar. 

Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi sənədə istinadən yazıb.

Bundan əlavə, görüş iştirakçıları Rusiya qazından imtina üzərində işi davam etdirəcəklərini bəyan ediblər. Bir gün əvvəl bu məsələnin nazirlərin Turində keçiriləcək görüşünün gündəliyinə salınacağı bildirilib. 

Eyni zamanda, İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto-Fratin daha sonra bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyinə aydınlıq gətirib.

Aprelin 27-də Belçika Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) təkrar ixracını mərhələli şəkildə qadağan etməyə çağırıb. Bundan əvvəl Almaniya və İsveçdə Rusiya LNG-nin tədarükünə məhdudiyyətlərin tətbiqindən danışılırdı. Bu cür tədbirlərlə bağlı müzakirələr ilkin mərhələdədir və bəzi Aİ ölkələri bunlara şübhə ilə yanaşır. Rusiya LNG-dən imtina Avropa İttifaqını ümumi enerji təchizatının təxminən 19%-dən məhrum edə bilər.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
valyuta.az

1Mənbələr