AZ

Qazaxıstanlı nazir işdən çıxarıldı

Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdat Musin tutduğu vəzifədən uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Baqdat Batırbekoviç Musin Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Bağdat Musin 2020-ci il sentyabrın 2-də nazir təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
3
Mənbələr
Şərh ()
Bağla