Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdat Musin vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Qasım-Jomart Tokayevin sərəncamı ilə Baqdat Batırbekoviç Musin Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Bağdat Musin 2020-ci il sentyabrın 2-dən bu vəzifəyə təyin olunmuşdu.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta