AZ

“BakuBus” avtobusunun tüstüləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda "BakuBus" avtobusunun tüstüləməsi haqda rəsmi məlumat yayılıb. 

Milli.Az bildirir ki, "BakuBus"dan Baku.ws-ə verilən məlumata görə, bu gün saat 00:27-də Şərifzadə küçəsində 7 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 JU 824 dövlət qeydiyyat nömrəli avtobus marşrut xəttinin fəaliyyətini bitirib qaraja gedərkən xırda nasazlıq səbəbindən tüstülənmə baş verib:

"Kadrlarda da göründüyü kimi avtobusun arxasınca avtobuslarımıza texniki xidməti həyata keçirən BMC servisin maşını hadisə yerinə gəlib və ilkin müdaxilədən sonra servis maşınının müşayiəti ilə avtobus qaraja yönləndirilib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
milli.az

2Mənbələr