AZ

Yolda qoşa xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnirVİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sabirabad şəhəri, Heydər Əliyev prospektində qoşa xəttin üzərinə qara boya ilə müdaxilə edilib və qırıq- qırıq xətt yaradılıb. Buna aldanan sürücülər isə cərimələnirlər.

Xezerxeber.az-ın məlumatına görə, həmin ərazidə cərimələnən vətəndaşlardan biri də Xalid Əliyevdir.

O iddia edir ki, yolda üfüqi nişanlanmada qırıq xətləri gördüyünə görə dönmə əməliyyatı edib. Cərimə gələndən sonra məlum olub ki, bütöv xəttə qanunsuz müdaxilə olunub. 

Yolun həmin hissəsində aldanan başqa sürücülər də var.

Məsələ ilə bağlı DİN-in Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən məsələ araşdırılır və ərazidə qısa vaxt ərzində yenidən nişanlanma işləri aparılacaq. Bunu kimlərin etdiyi isə araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
76
7
Mənbələr
Şərh ()
Bağla