AZ

Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Sabirabad şəhəri, Heydər Əliyev prospektində qoşa xəttin üzərinə qara boya ilə müdaxilə edilib və qırıq-qırıq xətt yaradılıb. 

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, buna aldanan sürücülər isə cərimələnirlər.

Həmin ərazidə cərimələnən vətəndaşlardan biri də Xalid Əliyevdir.

O iddia edib ki, yolda üfüqi nişanlanmada qırıq xətləri gördüyünə görə dönmə əməliyyatı edib. Cərimə gələndən sonra məlum olub ki, bütöv xəttə qanunsuz müdaxilə olunub. 

Yolun həmin hissəsində aldanan başqa sürücülər də var.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, qeyd edilən məsələ araşdırılır və ərazidə qısa vaxt ərzində yenidən nişanlanma işləri aparılacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
7
oxu24.com

8Mənbələr