AZ

“Neftçi”nin futbolçularına başa salmaq lazımdır ki...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Təxminən 2 aylıq fasilədən sonra “Forza Neftçi” stadionda göründü.

Sonuncu dəfə martın 3-də “Qarabağ”a 1:4 hesablı məğlubiyyət zamanı “Neftçi Arena”da olan azarkeşlər o vaxtdan boykot qərarı vermişdi.

“Neftçi”nin futbolçuları “forzalılar”a 3:0 hesablı parlaq qalibiyyət bəxş etməklə üzlərini güldürdü. Lakin bir məqam var ki, toxunmadan keçmək olmaz.

Oyundan əvvəl, hakimin start fiti səslənən ərəfədə 20-30 saniyəlik pauza var idi ki, futbolçular qısa zaman kəsiyində tribunanın önünə tərəf yön alıb azarkeşləri alqışlaya bilərdilər.

Bu, həm maraqlı görüntü yaradacaq, həm də incik fanatların könlünü oxşayacaqdı. Etmədilər. Daha doğrusu, etdikləri dayandıqları yerdən əl çalmaq oldu. Onu da hamı etmədi, bir neçə futbolçu özünə borc bildi.

Oyundan sonrakı mənzərə də tam yerinə oturmadı.

“Neftçi”nin qalib gəldiyi matçlardan sonra məşqçi və futbolçu heyətinin “Forza Neftçi”nin yer aldığı tribunanın qarşısında qol-boyun halda hoppanıb-düşdüyünü görməyə alışanlar bu dəfə təxminində yanıldı.

Eddi İsrafilov komanda yoldaşlarını azarkeşlərə təşəkkür etməyə səslədi. Bəziləri o an paltardəyişmə otağında olsa da, yerdə qalanlar tribunaya yaxın gedib təşəkkürünü bir neçə dəfə əl çalmaqla çatdırdı.

Bəlkə də futbolçular bu cür jestləri anlamır. Ya da addım atmaqda çətinlik çəkirlər. Bunu onlara başa salan, izah edən lazımdır.

Müşahidələrə əsasən deyə bilərik ki, “Neftçi”nin azarkeşləri ilə komanda arasındakı körpü hələ tam bitişməyib. Sanki futbolçular nədənsə ehtiyatlanırlar, hər şeyin yaxşı olacağına tam əmin deyillər.

Əvvəlki istilik yoxdur. Bu qədər.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla