AZ

Güzgüyə baxmayan “Opel” sürücüsü “Mercedes”i əks yola çıxardı - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakının Yasamal rayonunda qayda pozan sürücü qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 30-u günorta saatlarında Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan 90-EJ-349 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki,  çuxura düşmək istəməyən sürücü güzgüyə baxmadan sola manevr edib və bu zaman “Mercedes” markalı avtomobilə qəza şəraiti yaradıb. Yaranmış təhlükəni dəf etmək üçün “Mercedes” sürücüsü əks istiqamətli yola çıxıb. Xoşbəxtlikdən həmin anda yol boş olub. Daha sonra o, yenidən öz zolağına qayıdıb. 

Nərmin

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla