AZ

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər ölüb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Pakistanın Hayber Paxtunxva əyalətində 3 gündür davam edən güclü yağışlar nəticəsində 17 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi “APP” məlumat yayıb.

Məlumata görə, bəzi bölgələrdə yağan güclü yağış səbəbiylə 116 ev zərər görüb, bəzi yollar  bağlanıb. 

Yağışlarda 5-i uşaq olmaqla 17 nəfər ölüb, 23 nəfər isə yaralanıb. 

Digər tərəfdən, 148 baş iribuynuzlu heyvanın tələf olduğu vurğulanıb. 

Səlahiyyətlilər, zərər çəkənlərə kömək üçün təcili yardım qruplarının sahədə olduğunu bildirib.

Həmçinin qəzalı yollarda təmir işlərinə başlanıldığı paylaşılıb.

Aysu
Demokrat.az
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla