AZ

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

Vyana, 30 aprel, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransın “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı” mövzusunda ikinci panelində Fransanın müstəmləkələrinin nümayəndələri və müxtəlif universitetlərin bu mövzu üzrə tədqiqatçıları çıxış edərək, hüquqi çərçivələrə və beynəlxalq öhdəliklərə baxmayaraq, müstəmləkə altında olan ölkələrdə, xüsusilə də Fransanın assimilyasiya siyasəti nəticəsində yaranan böyük problemlərdən danışıb, insan hüquqlarının kobud şəkildə pozulmasına dair müzakirələr aparıblar.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupa Azadlığı Uğrunda Xalq Birliyinin Baş katibi, Bakı Təşəbbüs Qrupunun Qvadelupadan olan üzvü Jan-Jakob Bisep Fransanın müstəmləkəçilik və assimilyasiya siyasətini bu gün də davam etdirdiyini deyib. Qeyd edib ki, Fransa köhnə koloniyalarında məskunlaşdırdığı qürbətçi vətəndaşlarına güvənir, öz vətəndaşlarına ali irqə məxsus olması düşüncəsini aşılayaraq, onları köhnə koloniyalarında məskunlaşdırmağa təşviq edir. Hətta koloniyalarda idarəetmə və təhsil sistemində fransızların sayı yerli əhalidən çoxdur. Onlar Qvadelupada müəllimlərə və onların birliyinə irqçi yanaşırlar.

Jan-Jakob Bisep vurğulayıb ki, assimilyasiya qvadelupalıların müqavimət qabiliyyətini məhdudlaşdırır. Assimilyasiya siyasəti yerli əhalinin guya Fransasız mövcud ola bilməməsi ideyası üzərində qurulub. Ancaq Fransanın bu siyasəti Qvadelupa xalqını yox etmək məqsədi güdsə də, buna nail ola bilməz. Çünki Kanak, Martinik, Qvineya və digər dənizaşırı ərazilərin xalqları birlikdədir.

Qvineya Ərazisinin vitse-prezidenti Samanta Siryak bildirib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və onların mədəniyyətinin inkar edilməsinə əsaslanır. Ölkəsinin hələ də fransız prefektləri tərəfindən idarə olunmasına etirazını ifadə edən S.Siryak assimilyasiyanın dağıdıcı nəticələrindən söz açaraq deyib: “Assimilyasiya siyasəti fransız müstəmləkələrinin yerli əhalisinə də tətbiq edilərək, onları Fransa vətəndaşlarına çevirmək məqsədi daşıyırdı. Qvineyada fransız müstəmləkəçiliyi yerli əhaliyə dağıdıcı təsir göstərdi. Yerli əhali xristianlığı qəbul etməyə, öz mədəniyyətindən imtina etməyə və təcrid olunmuş rezervasiyalarda yaşamağa məcbur olurdular. Beləliklə, Amazoniyanın ilk xalqlarının yerli kimliyini silmək məqsədi daşıyan məcburi assimilyasiya və özgəninkiləşdirmə sistemi olan “Hindistan evləri” meydana çıxdı. Bu dövr ailələri dağıtdı və bir neçə nəslin sabitliyini pozdu”.

Martinik Xalq Komitələri Milli Şurasının üzvü, “Ase Plere Annou Lite” hərəkatının üzvü Edmona Mondezir, Vallis və Furtuna adalarından olan siyasi, sosial-iqtisadi məsələlər üzrə ekspert Jimi Vakolyafa, Fransız Qvineyasının Sosial azadlıq və dekolonizasiya hərəkatının siyasi bürosunun təsisçisi və üzvü, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvü Moris Pəndard, ABŞ-dan olan idarəetmə üzrə beynəlxalq müşavir Karlayl Korbin, Beynəlxalq Sülh Araşdırmaları üzrə Cenevrə İnstitutunun katibi İşem Lehmici çıxışlarında assimilyasiya siyasətinin ağır nəticələrindən, eləcə də müstəmləkəçiliyin yerli icmalar üzərində mənfi təsirindən söz açıb, bu prosesə məruz qalmış insanların hüquqlarının müdafiəsinə və həll yollarına dair fikir mübadiləsi aparıblar.

Çıxışlarda assimilyasiya siyasətinin yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıdığı vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23023
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12622
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8403
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5533
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5431
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
4765
Rəisi öldü, Pakistanda matəm elan edildi
3933
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3596
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3519
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3275
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3143
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2698
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2551
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2418
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142