AZ

Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyinə qarşı mübarizəni davam etdirir

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər davam edir.
Aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilya­siyanın nəticələri və onun insan hüquqla­rının həyata keçirilməsinə təsiri” mövzu­sunda konfrans təşkil olunub. 
Konfransda BMT-nin Vyana bölmə­sində akkreditə olunan 25 ölkənin diplo­matları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin – Yeni Ka­ledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İtti­faqı, Haiti kimi ölkələrin milli hərəkatları­nın rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, həmçinin yerli və xa­rici media təmsilçiləri iştirak edirlər.
Tədbirin əsas ideyası müstəmləkəçi ölkənin məqsədyönlü mədəni assimil­yasiya siyasətini tənqid etməklə ondan maksimum dərəcədə xilas olmaqdır.
Konfransın “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimil­yasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər.
Onlar assimilyasiya siyasətinin ya­ratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəm­ləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. inkar edək”, – deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nü­mayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asi­ya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqlən­dirərək insanları alçaldan siyasət yürüdür. 
Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalı­lara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəm­ləkəçilik siyasətindən söz açaraq bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.
“Gwadloup Alyans Nasyonal”ın söz­çüsü Natali Minaçi qeyd edib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təs­vir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.
Sonda Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraati­ra siyasi partiyası memorandum imza­layıblar. Memorandumun imzalanması gələcək əlaqələrin inkişaf perspektivləri­nin müəyyən olunması və əməkdaşlığın daha da inkişafı baxımından böyük əhə­miyyət kəsb edir.
XQ

Seçilən
115
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20982
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19302
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18249
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17639
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16730
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16527
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16092
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15467
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11944
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8936
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8212
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7487
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7138
Minimum əmək haqqı nə qədər arta bilər?
7072
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6328
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5742