AZ

Paşinyan Putinə qarşı olduğunu bu 3 gündə açıq şəkildə göstərəcək...

Image

Rəşad Bayramov: “Moskvanın sonsuza qədər səbrli olacağı inandırıcı deyil”

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq. Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Nikol Paşinyanın mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi olub. 

Erməni mediasındakı mənbələr iddia edir ki, Paşinyan getməməyə qərar verib. Bununla Ermənistan mahiyyətcə bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır.

Bildirilir ki, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq, ancaq mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək. Elə Ermənistan mediasının özü iddia edir ki, bununla Paşinyan  tam olaraq Qərbin tələbini yerinə yetirdiyini ortaya qoyur.

Paşinyanın 3 tarixlə bağlı ziqzaqlı gedişi onun açıq şəkildə Qərbin diqtəsi ilə Rusiyaya qarşı olduğunu büruzə verirmi?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hakimiyyətə gəldiyi ilk gündən Paşinyan üzünü Qərbə çevirib: “Əvvəlcə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasını ölkəsindən çıxaracağını bildirmişdi. Lakin 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı əlacsız vəziyyətdə qalan Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin qapısını döyüb gecə-gündüz atəşkəs üçün ona yalvarmaq məcburiyyətində qaldı. Rusiyanın vasitəçiliyi ilə atəşkəsə nail olduqdan sonra Ermənistanın baş naziri yenə öz erməni xislətini göstərməyə, Rusiya ilə oyun oynamağa başladı.

Nikol Ermənistanın da üzvü olduğu KTMT-ni vaxtaşırı tənqid edir, bu təşkilatın bəzi sazişlərini ratifikasiya etməkdən boyun qaçırır, çəkinmədən bu təşkilatdan uzaqlaşmaq arzusunda olduqlarını dilə gətirirdi. Hətta Avropadan aldığı tapşırıqları can-başla yerinə yetirməkdə həvəsli olan Nikol Roma statutunu ratifikasiya üçün parlamentə göndərdi. Rusiya ilə Ermənistan arasında münasibətlər gərgindir. Bunun səbəbi İrəvanın sürətlə Moskvadan uzaqlaşmaq cəhdidir. Sözsüz ki, Rusiya ilə belə çəkişmələr Ermənistanın gücünə, mövqeyinə uyğun deyil. Çox böyük ehtimalla, İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən Fransadan alır. Bu gün Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır. Məsələ ondadır ki, Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə müdaxiləsi ilə nəticələnə bilər. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan ərazisinə hərbi müdaxilə deyil. Bu ölkədəki 102-ci hərbi baza özü Paşinyan hakimiyyəti üçün “Domokl qılıncı”dır. Onu hakimiyyətdən uzaqlaşdırmaq, hətta fiziki şəkildə aradan qaldırmaq Moskva üçün o qədər də çətin deyil. Paşinyanın son addımları bir daha təsdiqləyir ki, o, Rusiya ilə münasibətləri normallaşdırmaq fikrindən uzaqdır.

Bütün bunlar onu göstərir ki, Ermənistan qıcıqlandırıcı ritorikasını bundan sonra da davam etdirəcək və hətta “doza”nı artıracaq. Moskvanın isə sonsuza qədər səbrli olacağı inandırıcı deyil”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
baki-xeber.com

1Mənbələr