AZ

Türkiyədə yol qəzasında 1 əsgər həlak olub, 3 hərbçi yaralanıb

Türkiyədə hərbi avtomobilin aşması nəticəsində bir əsgər şəhid olub, 3 hərbçi yaralanıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində qeydə alınıb.

Hərbi maşının idarəetmədən çıxaraq aşması nəticəsində bir əsgərin şəhid olduğu, 1-i ağır olmaqla 3 əsgərin yaralandığı açıqlanıb.

Yaralı əsgərlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla