AZ

Yadplanetlilər bu partlayışda məhv olub - ŞOK İDDİA

Yadplanetlilər hələ də bəşəriyyətlə əlaqə qurmayıblar, çünki onlar qamma şüalarının partlayışı nəticəsində məhv olublar.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu iddia ilə Stouni Bruk Universitetinin professor Frederik Uolter çıxış edib.

"Bu, sıx fokuslanmış bir şüadır. Əgər qalaktikanın müstəvisi boyunca istiqamətləndirilsəydi, demək olar ki, planetlərin 10%-ni sterilizasiya edə bilərdi. Bu partlayışlar bizim Süd Yolu qalaktikamızdan daha gənc qalaktikalarda geniş yayılıb. Bununla belə, hər hansı bir qalaktikada təxminən hər yüz milyon ildən bir qamma şüalarının partlayışı baş verir. Milyard il ərzində bir çox yadplanetli sivilizasiyalar, əgər varsa, məhv olmalıdır”, - professor bildirib.

Uolter Yer kürəsinin qamma şüalarının partlayışı təhlükəsini gözləmədiyini deyib.

Qeyd edək ki, NASA qamma şüalarının partlayışını kainatın ən güclü partlayışı hesab edir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
5
Mənbələr
Şərh ()
Bağla