AZ

G7 ölkələri bu tarixdə kömürdən imtina edəcək

Yeddilik Qrupu (G7) ölkələrinin energetika nazirləri 2030-cu illərin birinci yarısına qədər elektrik enerjisi istehsalında kömürdən istifadəni mərhələli şəkildə dayandırmaq barədə prinsipial razılığa gəliblər.

News24.az xəbər verir ki, bu barədə İtaliyanın energetika naziri Gilberto Pichetto-Fratin deyib.

Məlumata görə, yekun saziş aprelin 30-da imzalanmalıdır. 

Bildirilir ki, daha sonra iqtisadiyyatın karbonsizləşdirilməsi üçün ətraflı plan dərc olunacaq. 

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
news24.az

1Mənbələr