AZ

"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri

 
"Bütün dünyada ABŞ və İsrailin nüfuzu məhv edilib və biz buna qarşı heç nə edə bilmirik..."
 
İsrail xarici işlər naziri İsrael Kats İranın Ali Dini rəhbəri ayətüllah Əli Xamenei ilə qiyabi polemika aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.
 
İsrael Kats "X" sosial şəbəkəsində dərc etdiyi Fələstin nümayişlərinin dağıdılmasını əks etdirən videokadrları belə şərh edib:
 
"Görün, dünyada nələr baş verir? Qərb ölkələrində, İngiltərə və Fransada, habelə bütün ABŞ ərazisində çoxlu sayda insanlar İsrail və Amerika əleyhinə şüarlarla aksiyalara çıxır. ABŞ və İsrailin nüfuzu məhv edilib, biz isə buna qarşı heç nə edə bilmirik".
 
Kats Tehranı bu etiraz aksiyaları planlaşdırmaqda ittiham edib.
 
"Cənab Xamenei ABŞ və Avropada ekstremist İslam infrastrukturunun yaradılmasına dəstək verir və hal-hazırda ABŞ və İsrailin bütün dünyada məhv edilməsinə çağırış edən nifrət nümayişlərinə heyran olur", - İsrail XİN rəhbəri qeyd edib.
 
Kats əlavə edib ki, Qərb ölkələrinin oyanması zamanıdır. "İrandakı rejim fərdi azadlıqlara çağırış edən istənilən etirazçını qətlə yetirir.
 
Azad dünya oyanmalı və anlamalıdır ki, biz radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındayıq. Nə qədər ki, gec deyil, biz İranı dayandırmalıyıq", - israilli nazir dünya birliyinə xəbərdarlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
Mənbələr
Şərh ()
Bağla