AZ

Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO

 
Su şırnaqları, qaz, rezin güllələr işə düşüb...
 
Ölkə prezidenti aksiyanın qəddarcasına dağıdılmasını pisləyib və etirazçılara qarşı güc tətbiq edilməsini dayandırmağa çağırıb...
 
Gürcüstanın paytaxtı Tbilisidə polis ölkə parlamenti binasının qarşısında "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı etiraz aksiyasını son dərəcə qəddarlıqla dağıdıb. Dünən deputatlar qanun layihəsini ikinci oxunuşda müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Polis əməkdaşları qanun layihəsindən narazı olanlara qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edib.
 
"Ədalət məhkəməsinin bərpası üçün DİN qanunla nəzərdə tutulan xüsusi tədbirlər görüb. Nümayişçilər hüquq-mühsfizə orqanlarına qarşı sözlərlə və fiziki olaraq müqavimət göstərib. 
 
Siyasi liderləri, mitinqin təşkilatçıları və iştirakçılarını toplaşma haqqında qanunun müəyyən etdiyi normaları pozmamağa çağırırıq", - Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
 
DİN-in fikrincə, müxalifətin parlament qarşısında aksiyası qanundan kənara çıxıb və zorakı xarakter alıb.
 
Nəticədə polis və xüsusi təyinatlılar etirazçıları sıxışdırıb, sonradan saxlanılanlar olub. Gürcüstan DİN-in məlumatına görə, cəmi 63 nəfər həbs edilib. Bu zaman altı polis nəfəri ciddi xəsarət alıb, cinayət işləri açılıb.
 
Həmçinin məlumat verilir ki, polis etiraz təşkilatçılarından birini, parlamentin deputatı Levan Xabeişvilini qəddarcasına döyüb.
 
Gürcüstan prezidenti Salome Zurabişvili videomüraciətində aksiyanın qəddarcasına dağıdılmasını pisləyib və Gürcüstan DİN rəhbəri Vaxtanq Qomelauriyə müraciət edərək etirazçılara qarşı güc tətbiq edilməsini dayandırmağa çağırış edib.
 
Dünən parlamentarilər qanun layihəsini müzakirə etməyi başa çatdıra bilməyib və onu bu günə keçirib.
 
Üzdəniraq "Rusiya qanunu"na qarşı etirazlar üçüncü həftədir davam edir. Aprelin 17-də nümayişlər fonunda qanun layihəsinin ilk oxunuşu baş tutub. Avropa İttifaqı Gürcüstan hakimiyyətinə mübahisəli qanunu geri götürməyə çağırış edib.
 
"Aydındır ki, bu qanun layihəsi Avropa normaları və dəyərləri ilə bir araya sığmır. Onun qəbul edilməsi Gürcüstanın Avropaya aparan yolunu təhlükə altına atır", - bu barədə antiböhran idarəsi üzrə Avropa komissarı Yanez Lenarçiç Avropa Parlamentdə bəyan edib.
 
2023-cü ilin martında Gürcüstanın hakim partiyası buna oxşar qanunu qəbul etməyə cəhd göstərib, lakin kütləvi etirazlardan sonra bu addımdan imtina edib. 
 
Rusiya etirazçıların hazırkı aksiyalarını "gürcü Maydanı" adlandırır və iddia edir ki, müxalifətin etirazılana Qərb ölkələri kuratorluq edir.
 
 

ГазВодометПерцовый газЗадержанияМарш
Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla