Fransada binada baş verən yanğında 3 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə, İtalyanlar Bulvarı adlı ərazidə yerləşən yaşayış binasında gecə yarısı yanğın başlayıb.
Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub.
Yanğınsöndürənlər yanğının başladığı mənzildə 3 nəfərin cəsədini aşkarlayıb.
Hadisə nəticəsində bir nəfər yaralanıb.
Yanğın binanın 7-ci mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Şəbnəm Mehdizadə