AZ

Pley-off oyunları bu gün başlayır

Kişi basketbolçular arasında ölkə çempionatında müntəzəm mövsümə yekun vurulub.

18-ci turun turun ilk üç oyununun nəticəsini nəzərinizə çatdırmışdıq: Xırdalan – Cəlilabad 90:84 (29:17, 22:20, 20:28, 19:19), Sərhədçi – Neftçi 69:73 (10:21, 19:21, 18:15, 22:16), Sabah – Xəzri 77:65 (19:19, 20:11, 18:25, 20:10).

Aprelin 27-28-də daha iki oyun keçirilib: Gəncə - Sumqayıt 86:82 (21:26, 20:18, 24:24, 21:14), NTD-İndiqo – Şəki 85:70 (16:13, 27:20, 17:20, 25:17).

1. Sabah 18 15 3 +242 33
2. NTD-İndiqo 18 14 4 +224 32
3. Xəzri 18 13 5 +92 31
4. Xırdalan 18 12 6 +41 30
5. Neftçi 18 12 6 +106 30
6. Sərhədçi 18 7 11 -26 25
7. Sumqayıt 18 6 12 -117 24
8. Gəncə 18 5 13 -136 23
9. Cəlilabad 18 5 13 -109 23
10. Şəki 18 1 17 -319 19

Xatırladaq ki, “Sabah” və “NTD-İndiqo” yarımfinala vəsiqə qazanıb. “Xəzri”, “Xırdalan”, “Neftçi” və “Sərhədçi” 1/4 finalda mübarizə aparacaq. İlk 1/4 final oyunu bu gün keçiriləcək: 19.30. Xırdalan – Neftçi.

Pley-off seriyasında ən tez iki qələbə qazanan komanda yarımfinala yüksələcək. Seriyada bərabərlik olarsa, onda 3-cü oyun keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
football-plus.az

1Mənbələr