AZ

ICD bir sıra Özbəkistan bankları ilə sazişlər imzalayıb

Ər-Riyad. Trend:

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD)Özbəkistanda özəl sektorun inkişafına dəstək üçün ölkənin bir sırabankları ilə sazişlər imzalayıb.

Trend xəbərverir ki, imzalanma mərasimi Ər-Riyadda İslam İnkişaf BankıQrupunun (İİB) illik müşavirələri çərçivəsində baş tutub.

Sazişlərə aşağıdakılar daxildir: "TrustBank" ilə Özbəkistandaözəl sektor təşkilatlarının meyarlarına cavab verən maliyyələşdirməüzrə bankın səylərinə dəstək üçün 10 milyon ABŞ dolları dəyərindəmaliyyələşdirmə xətti üzrə Anlaşma Memorandumu, "Orient FinansBank" (OFB) ilə ICD-nin təmin etdiyi əvvəlki analoji mexanizmlərinuğurlu icrasını nəzərə almaqla, əlavə maliyyələşdirmə xəttinintəqdim olunması imkanlarının öyrənilməsinə dair AnlaşmaMemorandumu.

Bundan başqa, ICD həmçinin Özbəkistanın lizinq təşkilatı olan"Asia Alliance Bank" ilə iki digər Anlaşma Memorandumu imzalayıbki, bu da ICD-nin Özbəkistanda iqtisadi artıma və Özbəkistanbanklarının fəaliyyətinin genişləndirilməsi və yaxşılaşdırılmasıüçün bu qədər vacib olan maliyyə və dəstəyin təqdim olunmasınadaimi sadiqliyini vurğulayır.

ICD həmçinin "Taiba Finance" ənənəvi maliyyə şirkətininÖzbəkistanda ilk islam bankına çevrilməsi imkanını araşdırmaqməqsədilə ölkədəki "Anorbank" ilə Anlaşma Memorandumuimzalayıb.

Bu əməkdaşlıq Özbəkistanda maliyyə əlçatanlığına yardım yolundamühüm addımı əks etdirir.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əksetdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edir.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla