AZ

Rusiyanın məşhur azərbaycanlı vəkili Ukrayna müharibəsində yaralandı


Rusiyanın əməkdar artisti Mixail Yefremovun keçmiş vəkili, məşhur azərbaycanlı hüquqşünas Elman Paşayev Ukraynada, Uqledar yaxınlığında yaralanaraq xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyinə vəkilin özü məlumat verib.
“Mən Ukrayna Silahlı Qüvvələrinin Uqledar yaxınlığında yerləşdiyim bölməyə hücumu nəticəsində yaralanmışam. İndi mən xəstəxanadayam. Mənə danışmaq çətindir. Həkimlər mənə kömək edirlər”, - məşhur hüquqşünas deyib.
İlkin məlumatlara görə, o, pilotsuz təyyarənin endirilməsi nəticəsində xəsarət alıb.
Paşayevin “Telegram” kanalında bildirilir ki, o, döyüş tapşırığını yerinə yetirərkən pilotsuz kamikadze təyyarəsinin hücumu nəticəsində yaralanıb. Onun yoldaşını müdafiə etdiyi qeyd edilir.
“Elman Paşayevin həyatı üçün təhlükə yoxdur, ancaq yarası ağırdır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Paşayev aktyor Mixail Yefremovun işində iştirakı nəticəsində şöhrət qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla