AZ

PSJ-nin Luis Enrike qərarı

style='margin-bottom:10px;'>

PSJ rəhbərliyi baş məşqçi Luis Enrikeni komandada saxlamaqda maraqlıdır. 

QOL.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləni uzatmaq istəyir. Bildirilib ki, rəhbərlik Luis Enrike ətrafında yeni uzunmüddətli layihə qurmaq istəyir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Yeni müqavilə imzalansa, 53 yaşlı çalışdırıcı daha çox idarəetmə variantları əldə edəcək.

PSJ  Fransa çempionluğunu rəsmiləşdirib və Çempionlar Liqasının yarımfinalına yüksəlib. Nəşr yazıb ki, Yeni müqavilənin imzalanması Çempionlar Liqasında iki oyunluq qarşıdurmanın nəticəsindən asılı olmayacaq.

Qeyd edək ki, Enrike 2023-cü ilin yayından Paris təmsilçisini çalışdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla