AZ

PSJ-nin Luis Enrike QƏRARI

PSJ rəhbərliyi baş məşqçi Luis Enrikeni komandada saxlamaqda maraqlıdır. 

Bizim.Media "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləni uzatmaq istəyir. 

Bildirilib ki, rəhbərlik Luis Enrike ətrafında yeni uzunmüddətli layihə qurmaq istəyir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Yeni müqavilə imzalansa, 53 yaşlı çalışdırıcı daha çox idarəetmə variantları əldə edəcək. PSJ  Fransa çempionluğunu rəsmiləşdirib və Çempionlar Liqasının yarımfinalına yüksəlib. Nəşr yazıb ki, Yeni müqavilənin imzalanması Çempionlar Liqasında iki oyunluq qarşıdurmanın nəticəsindən asılı olmayacaq.
Qeyd edək ki, Enrike 2023-cü ilin yayından Paris təmsilçisini çalışdırır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
bizim.media

2Mənbələr