AZ

Paşinyan Ermənistan hökumətinin addımlarını bu hərəkətlərlə izah etdi (FOTO)

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan yeni paylaşdığı video ilədiqqət çəkib.

Trend erməniKİV-ə istinadən xəbər verir ki, o sözgüdən videoda hüquq,yurisdiksiya, suverenlik və ərazi bütövlüyündən bəhs edərkənfikirlərini bir şüşə sudan və stəkandan istifadə etməklə izahedib.

Xalqın öz hüquq və öhdəliklərinin çevrəsini özünün müəyyənetdiyini deyən Paşinyan, bu hüquq və öhdəliklərin hansı ərazidəqüvvədə olduğuna dair anlayışın mövcudluğunun da vacibliyini qeydedib.

"Bu, ərazi bütövlüyü ilə birgə yurisdiksiya adlanır ki,mahiyyətcə hüquq və öhdəliklərin praktik cəhətdən tətbiq olunmasınımümkün edir", - deyən Paşinyan söylədiklərini əyani şəkildəgöstərmək üçün su dolu şüşəni götürərək suyu stəkana süzüb.

"Təsəvvür edin ki, şüşədə hüquq və öhdəliklər var. Sonuncularkonkret formada olduqda tətbiq olunması mümkün və həyatqabiliyyətlidir və həyati ehtiyaclarımızı qarşılamaq üçün onlardanistifadə edə bilərik", - o deyib.

Daha sonra Paşinyan stəkandakı sudan bir qurtum içərək bununlahüquq və öhdəliklərin istifadə olunmasını göstərib.

Bundan başqa, erməni baş nazir şüşədəki suyu qarşısındakımasanın üzərinə töküb və masanın üzərindəki su Paşinyanın üstünəaxıb. Erməni baş nazir bununla hüquq və öhdəliklərin konkretformada olmadığı təqdirdə nələrin baş verə biləcəyini izahedib.

"Belə olduqda hüquq və öhdəliklər həyat qabiliyyətli olmur, axıbgedir, problemlər və diskomfort hissi yaradır", - o deyib.

Paşinyan Ermənistan hökumətinin Tavuş vilayətində etdiklərinin,demarkasiya və delimitasiya prosesində, sülh gündəliyi ilə bağlıaddımlarının məhz bu məqsədi güddüyünü deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Paşinyan
Paşinyan
Paşinyan
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla