AZ

Paşinyan erməniləri bir şüşə su və stəkanla başa salmağa çalışdı...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan yeni paylaşdığı video ilə diqqət çəkib. Trend erməni KİV-ə istinadən xəbər verir ki, o sözügedən videoda hüquq, yurisdiksiya, suverenlik və ərazi bütövlüyündən bəhs edərkən fikirlərini bir şüşə sudan və stəkandan istifadə etməklə izah edib.

Xalqın öz hüquq və öhdəliklərinin çevrəsini özünün müəyyən etdiyini deyən Paşinyan, bu hüquq və öhdəliklərin hansı ərazidə qüvvədə olduğuna dair anlayışın mövcudluğunun da vacibliyini qeyd edib.

"Bu, ərazi bütövlüyü ilə birgə yurisdiksiya adlanır ki, mahiyyətcə hüquq və öhdəliklərin praktik cəhətdən tətbiq olunmasını mümkün edir", - deyən Paşinyan söylədiklərini əyani şəkildə göstərmək üçün su dolu şüşəni götürərək suyu stəkana süzüb.

"Təsəvvür edin ki, şüşədə hüquq və öhdəliklər var. Sonuncular konkret formada olduqda tətbiq olunması mümkün və həyat qabiliyyətlidir və həyati ehtiyaclarımızı qarşılamaq üçün onlardan istifadə edə bilərik", - o deyib.

Daha sonra Paşinyan stəkandakı sudan bir qurtum içərək bununla hüquq və öhdəliklərin istifadə olunmasını göstərib.

Bundan başqa, erməni baş nazir şüşədəki suyu qarşısındakı masanın üzərinə töküb və masanın üzərindəki su Paşinyanın üstünə axıb. Erməni baş nazir bununla hüquq və öhdəliklərin konkret formada olmadığı təqdirdə nələrin baş verə biləcəyini izah edib.

"Belə olduqda hüquq və öhdəliklər həyat qabiliyyətli olmur, axıb gedir, problemlər və diskomfort hissi yaradır", - o deyib.

Paşinyan Ermənistan hökumətinin Tavuş vilayətində etdiklərinin, demarkasiya və delimitasiya prosesində, sülh gündəliyi ilə bağlı addımlarının məhz bu məqsədi güddüyünü deyib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
baki-xeber.com

2Mənbələr