AZ

Makronun yeni planı: "Putini dayandıracaq adam"ı tapdı

Fransa Prezidenti Emmanuel Makron Parisə gözlənilən səfəri zamanı Çin lideri Si Cinpinin Ukraynadakı müharibə ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə təsir göstərməsinə çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Fransa prezidentinin planları ilə tanış olan mənbələr bildiriblər ki, Makron ən azı Cinpini Putini müharibəni dayandırmağa çağırmaq üçün onunla şəxsi münasibətlərini dərinləşdirməyə çalışacaq.

Çin liderinin Fransa, Serbiya və Macarıstana beş günlük səfəri mayın 5-də başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla