AZ

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Qaynarinfo xəbər verir ki, "Respublika Sanitariya-Karantin Mərkəzi" Publik Hüquqi Şəxsin rəisi Saleh Novruzidir. 

 

Saleh Novruzi 2020-ci ilin iyun ayında sabiq səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə sözügedən vəzifəyə təyinat alıb.

 

O, sonuncu vəzifəsindən əvvəl Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-Gigiyena şöbəsinin müdiri vəzifəsində çalışıb.

Tarix: 30 Aprel 2024, 15:43   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
5
Mənbələr
Şərh ()
Bağla