AZ

Rusiya ordusu ATACMS ballistik raketlərini və PUA -lar olan anqarı vurub

Rusiya silahlı qüvvələri Ukrayna əsgərlərinin yüngül mühərrikli təyyarə tipli dronları yığdığı anqara zərbələr endirib. News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hücumun raket qüvvələri, artilleriya və aviasiya tərəfindən həyata keçirildiyi qeyd edilir. Rusiya Silahlı Qüvvələri anqardan başqa, hərbi texnikanın olduğu iki anbarı, həmçinin xüsusi hərbi əməliyyat zonasındakı 108 rayonda Ukrayna qoşunlarının mövqelərini vurmağa nail olub.

Bundanbaşqa qeyd edilir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Ukraynaya məxsus 10 pilotsuz uçan aparatı, 6 ATACMS operativ-taktiki raketi və Fransa istehsalı olan 2 idarəolunan “Hammer” aviabombasını vurub: "Rusiya Müdafiə Nazirliyinin məlumatında həmçinin qeyd edilib ki, müharibə başlayandan indiyədək 593 təyyarə, 270 helikopter, 23 619 pilotsuz uçuş aparatı, 509 zenit-raket kompleksi, 15 888 tank və digər zirehli döyüş maşını, 1275 reaktiv yaylım atəşi sistemli döyüş maşını , 9 216 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 21 396 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
Mənbələr
Şərh ()
Bağla