AZ

Çin sahil mühafizəsi Filippin patrul gəmisinə qarşı su şırnaqlarından istifadə edib

Çin sahil mühafizə gəmiləri Cənubi Çin Dənizində Skarboro rifinə gedən Filippin sahil mühafizəsi patrul gəmisinə qarşı su şırnaqlarından istifadə edib.

Herbiand.az bildirir ki, bu barədə GMA News məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində Filippinin BRP Bagacay gəmisinin məhəccərləri zədələnib. Ərazidəki balıqçılara ərzaq və yanacaq çatdırmaq missiyasının bir hissəsi olan Filippin Balıqçılıq və Su Ehtiyatları Bürosu gəmisi də su şırnaqlarından atəşə tutulub.

Çin Sahil Mühafizəsi son vaxtlar Cənubi Çin dənizindəki Ayungin və Skarboro rifi bölgələrində Filippin gəmilərinə qarşı su şırnaqlarından daha çox istifadə etməyə başlayıb. Həmçinin, gəmilərin toqquşması hadisəsi də baş verir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla