AZ

"Vətən, dövlət üçün ürəyi yanan gənclərə böyük ehtiyac var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezident İlham Əliyev dövlət idarəçiliyində struktur və institusional islahatlara mühüm diqqət yetirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, kadr siyasəti məhz dövlət idarəçiliyi müstəvisində mühüm əhəmiyyətə malikdir: "Bu baxımdan yeni vəzifələrə təyin olunan kadrlar təhsili, kompotensiyası, bacarığı nöqteyi-nəzərdən də fərqlənirlər. Xüsusilə Prezidentin yeni idarəçilik modeli çərçivəsində təsis etdiyi xüsusi nümayəndəlik institutu burada diqqət çəkir. İşğaldan azad olunmuş ərazilərdə yeni yaradılan xüsusi nümayəndəliklərə təyin olunan kadrlar məsuliyyəti dərk edir, anlayır və buna uyğun müvafiq addımlar atılır.

Qarabağ və Şərqi Zəngəzur bizim üçün müqəddəs torpaqlardır. Onların bərpa olunması, yenidən qurulması, inşası həm müasir standartlarla həyata keçirilir, həm də burada innovativ yanaşmalar tətbiq olunur. Yaşıl enerji sahəsinə diqqət yetirilir, külək, günəş və alternativ enerji sahəsi də prioritet hesab olunur. Digər tərəfdən artıq bütün ölkə ərazisində bu idarəçilik modelinə keçidlə bağlı fikirlər söylənilməkdədir. Bunun üçün konstitusiya islahatlarına ehtiyac var. Düşünürəm ki, buna da nail olmaq mümkün olacaqdır".

Onun sözlərinə görə, həm qanunvericilik, həm icraedici, həm də məhkəmə hakimiyyəti sistemində gənclərə yol verilməsi mühüm əhəmiyyət kəsb edir: "Vətən, dövlət, dövlətçilik üçün ürəyi yanan və bütün bacarıqlarını bu sahəyə sərf edən gənclərə böyük ehtiyac vardır. Vətən müharibəsində biz gənclərimizin nə qədər Vətən həsrəti, sevgisi ilə yanıb alışdığını gördük. Həmin gənclər torpaqlarımızı işğaldan azad etdilər. Xüsusilə vurğulamaq lazımdır ki, bu gənclər möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə böyüyüblər. Torpaqlarımızı da işğaldan azad etməyə nail olublar. Ona görə də qarşıdakı hədəflərə çatmaq üçün gənclərin bilik, bacarığından maksimum dərəcədə istifadə etmək önəmlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla