AZ

Azərbaycan azad olunmuş ərazilərdə qarşısına qoyduğu planları uğurla icra edir - Deputat

Bakı. Trend

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə qarşısına qoyduğuplanları uğurla icra edir, bərpa və quruculuq işləri sürətlə davametdirilir.

Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa,yenidənqurma işləri maksimum sürətlə aparılır.

“Məlumdur ki, artıq Böyük Qayıdış proqramına start verilib,xeyli sayda keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarınaqaytarılıblar və bundan sonra da qayıtmağa davam edəcəklər. 2024-cüilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrəümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsiplanlaşdırılır.

Onlar üçün orada hər cür şərait yaradılıb. Zəngilanın Ağalıkəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini buna misalgöstərmək olar. Hazırda işğalından azad edilən ərazilərininbərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, orada ən müasirinfrastrukturun qurulması, eyni zamanda mədəni-tarixi abidələrinbərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətindəgenişmiqyaslı tədbirlər həyata keçirilir”, - deyə deputat əlavəedib.

Deputat vurğulayıb ki, Azərbaycan dövlət büdcəsidən azaqdedilmiş ərazilərin bərpası üçün lazım olan vəsait ayrılır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlifsahələri əhatə edən layihələrin icrası məqsədilə 2021-ci ildən bugünə qədər dövlət büdcəsindən 12 milyard manata yaxın vəsaitayrılıb və növbəti illərdə də vəsait ayrılması nəzərdə tutulur.Azərbaycan bu işləri öz daxili imkanları hesabına həyata keçirir vəkənardan heç bir yardım almır.

Azərbaycan bütün bu nailiyyətlərə Prezident İlham Əliyevinapardığı qətiyyətli, düşünülmüş siyasət nəticəsində nail olub. UluÖndər Heydər Əliyevin ruhu şaddır. Torpaqlarımızın işğaldan azadedilməsi və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin ən böyükarzusu idi və o, bu istiqamətdə böyük əmək sərf etmişdi. Prezidentİlham Əliyev ata vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızıazad etdi. Artıq həmin ərazilər öz sahiblərinin əlindədi və yenidəndirçəlir”, - deyə deputat əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
22
Mənbələr
Şərh ()
Bağla