AZ

Amerika Film İnstutu Nikol Kidmana mükafat verdİ - FOTO

"Oskar"lı aktrisa Nikol Kidmana yeni mükafat təqdim edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Amerika Film İnstutu aktrisanı "Ömür boyu uğur" mükafatına layiq görüb. Nikola mükafatı həmkarı Meril Strip təqdim edib.

O səhnədə çıxışı zamanı "Film ərsəyə gətirmək xüsusi bir qabilliyyətdir. Azad olmaq və müxtəlif obrazları sevdiyin aktyorlarla oynamaq möhtəşəm bir hisdir" sözlərini söyləyib.

Nikoldan əvvəl bu mükafat Culi Endryus, Denzl Vaşinqton, Robert De Niro, Martin Skorseze və Stiven Spilberqə təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla