AZ

“Prezident kuboku-2024” reqatasının paradı keçirilib - FOTO

Mingəçevirdə “Prezident kuboku-2024” beynəlxalq reqatasının paradı keçirilib.

İdman.biz xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan yarışla bağlı tədbirdən öncə iştirakçı komandalar ictimaiyyətə təqdim edilib.

Daha sonra Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Elman Nəsirov, komanda rəsmiləri Heydər Əliyevin heykəlinin önünə gül dəstələri qoyublar.

Ardınca parad bədii hissə ilə davam edib. Xüsusi orkestrin müşahidəsi ilə idmançılar azarkeşlərin qarşısından keçiblər. Daha sonra müxtəlif rəqslər oynanılıb, ifalar səsləndirilib. Yekunda isə nağaranın müşahidəsi ilə xüsusi şoular göstərilib.

Reqatanın açılış mərasimi və yarışın ilk günü may ayının 1-də tarixi torpağımız olan Suqovuşanda keçiriləcək. 4 gün davam edəcək marafonda 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.

Qeyd edək ki, Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla