AZ

“Prezident kuboku-2024” reqatasının paradı keçirilib

Bakı. Trend:

Mingəçevirdə “Prezident kuboku-2024” beynəlxalq reqatasınınparadı keçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadanolmasının 101 illiyinə həsr olunan yarışla bağlı tədbirdən öncəiştirakçı komandalar ictimaiyyətə təqdim edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarətolunub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF)prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətininbaşçısı İlham İsmayılov, millət vəkili Elman Nəsirov, komandarəsmiləri Heydər Əliyevin heykəlinin önünə gül dəstələriqoyublar.

Ardınca parad bədii hissə ilə davam edib. Xüsusi orkestrinmüşahidəsi ilə idmançılar azarkeşlərin qarşısından keçiblər. Dahasonra müxtəlif rəqslər oynanılıb, ifalar səsləndirilib. Yekunda isənağaranın müşahidəsi ilə xüsusi şoular göstərilib.

Reqatanın açılış mərasimi və yarışın ilk günü may ayının 1-dətarixi torpağımız olan Suqovuşanda keçiriləcək. 4 gün davam edəcəkmarafonda 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan,Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan,Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya,Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandanolan komandalar mübarizə aparacaq.

Qeyd edək ki, Suqovuşan su anbarında 200 və 500 metr məsafədəkayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür”Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalaravarçəkmənin kayak, kanoe və akademik növündə mübarizəaparacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
az.trend.az

2Mənbələr