AZ

Lukaşenko Belarusda ikinci Atom Elektrik Stansiyasının tikintisinin nəzərdən keçirildiyini bildirib

Belarus hakimiyyəti ölkədə ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir.

Editor.az BELTA-a istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Kostyukoviçi şəhərinin sakinləri ilə ünsiyyətdə olarkən bildirib.

“Yəqin ki, cəmiyyətimiz post-Çernobıl sindromundan əziyyət çəkib. Biz hələ də düşünürük. Biz həqiqətən də ikinci stansiya tikmək istəyirik”, – Lukaşenko bildirib.

Dövlət başçısı Minskin Belarus atom elektrik stansiyasını tikməklə düzgün qərar verdiyinə əminliyini ifadə edib. Daha əvvəl bildirilmişdi ki, “Rosatom” dövlət şirkəti və Belarus Elmlər Akademiyası elmi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb. Sənəd “Atomexpo-2024” beynəlxalq forumu çərçivəsində imzalanıb. Müqaviləyə əsasən, iştirakçılar qabaqcıl elmi tədqiqatlar sahəsində problemləri birgə həll edəcəklər.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla