AZ

"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri

 
"Ukraynanın məğlubiyyəti onilliklərlə davam edən və əlavə trilyonlara başa gələn yeni "soyuq müharibə" vəd edəcək..."
 
"Ukrayna müharibədə hətta 2026-cı ilədək qalib gələ bilməyəcək..."
 
Ukraynanın Rusiya ilə müharibəsində məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək, çünki yeni "soyuq müharibə"yə gətirib çıxaracaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın sabiq müdafiə naziri Ceyms Hippi xəbərdarlıq edib. Məlumatı "pravda.com.ua" nəşri yayıb.
 
Hippi bəyan edib ki, Ukraynanın "bütün Avropa-Atlantika regionunda təhlükəsizlik" uğrunda döyüşü udması üçün bu həftə tədarük edilən əlavə yardım paketləri tələb ediləcək".
 
"Pat vəziyyəti və ya, Allah eləməsin, Ukraynanın məğlubiyyəti onilliklərlə davam edən və əlavə trilyonlara başa gələn yeni "soyuq müharibə" vəd edir".
 
Bu zaman Hippi yardım axınına rəğmən, ukraynalı müdafiəçilərin rusiyalılara 2025-ci və ya hətta 2026-ci ilədək qalib gələcəyinə inanmır.
 
Onun sözlərinə görə, ABŞ-ın yardım paketi dərhal "balansı dəyişməyə, ukraynalıların tez bir zamanda və tam qələbə gətirəcək son hücuma keçməyə imkan verməyəcək".
 
O, əlavə edib: "Mən Qərb tərəfdən belə böyük dəstək sayəsində cəbhə xəttində sabitliyi görəcəyimizi gözləyirəm, hərçənd, döyüş əməliyyatları şiddətli olacaq, mən bu il xeyli ərazilərin azad ediləcəyini gözləmirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla