AZ

Bu klublar cəzalandırıldı

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

 

Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan "Lokomotiv" (Bakı) - "Balaxanı" matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib.

 

"Dinamo" (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qızlar Liqasının oyunu çərçivəsində "Neftçi" ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.

Tarix: 30 Aprel 2024, 14:06   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
Mənbələr
Şərh ()
Bağla