AZ

İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan "Lokomotiv" (Bakı) - "Balaxanı" matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib.

"Dinamo" (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qzılar Liqasının oyunu çərçivəsində "Neftçi" ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
4
Mənbələr
Şərh ()
Bağla