AZ

Acun Ilıcalı bu komandanı alacaq

İngiltərə çempionatında çıxış edən "Hall Siti"nin sahibi Acun Ilıcalı daha bir klub alır.

News24.az xəbər verir ki, əvvəllər İrlandiyadan klub almağı planlaşdıran, lakin sonradan imtina edən Ilıcalı Sloveniyaya yol açıb.

Acun Ilıcalı Sloveniyadan Sportklub-a verdiyi açıqlamada, "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdıqdan sonra bu klubun Maribor olduğuna qərar verdik. Keçən həftə Mariborda idim, şəhəri və stadionu çox bəyəndim. Klubu idarə edən insanları da çox bəyəndim" dedi.

Günel Məlikzadə


Seçilən
48
4
Mənbələr
Şərh ()
Bağla