AZ

Acun Ilıcalı Sloveniyanın məşhur komandasını satın alır

Acun

İngiltərədə “Hall Siti”nin sahibi olan biznesmen Acun Ilıcalı Avropada daha bir futbol komandasını satın alır.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Ilıcalı bildirib ki, Sloveniyada hansı klubun satış və sərmayə üçün münasib olduğunu araşdırıblar: "Bbizə daha uyğun olduğunu araşdırdıqdan sonra bu klubun "Maribor" olduğuna qərar verdik. Keçən həftə Mariborda idim, şəhəri və stadionu çox bəyəndim. Klubu idarə edən insanlarla görüşdüm, "Maribor"un ən yaxşı layihə olduğuna qərar verdik. Hazırda danışıqlarda yekun mərhələdəyik".

Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Fənərbağça” ilə qarşılaşan “Maribor” ilk matçda səfərdə 3:1, ikinci matçda isə evdə 3:0 hesabı ilə uduzub.

Azər
Reyting.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
4
reyting.az

5Mənbələr