AZ

"İsrail 48-72 saata qərar verəcək"

İsrailin ynet xəbər agentliyinin verdiyi məlumata görə, İsrailin 48-72 saat ərzində Rəfaha daxil olmaq barədə qərar verəcəyi gözlənilir.

News24.az xəbər verir ki, xəbərdə Qəzzanın cənubundakı Rəfah şəhərinə qarşı quru əməliyyatı üçün hazırlıqların tamamlandığı, HƏMAS ilə girov razılaşmasının əldə olunması ehtimalının da qiymətləndirildiyi bildirilib.

Xatırladaq ki, HƏMAS heyəti ötən gün Qahirəyə gedib. Vasitəçi Misirin atəşkəs və girov mübadiləsi təklifini müzakirə edib.

HƏMAS təklifə yazılı cavab verəcəyini açıqlayıb.

Misirin xarici işlər naziri Semih Şükri İsrail-Həmas yeni atəşkəsdən ümidli olduqlarını bildirib.

İsrail isə HƏMAS təklifə cavab vermədən Qahirəyə nümayəndə heyəti göndərməyəcəyini bəyan edib.

Misir və HƏMAS atəşkəs təklifinin təfərrüatları ilə bağlı rəsmi açıqlama verməsə də, “Yedioth Ahronoth” qəzeti Tel-Əvivin təxminlərinə görə təklifin 3 mərhələdə 134 İsrailli məhbusun azad edilməsini ehtiva etdiyini bildirib.

İlk mərhələdə 33 əsirin, qalanlarının isə 10 həftədən sonra azadlığa buraxılmasının planlaşdırıldığı bildirilib.

Xəbərdə HƏMAS-ın əlində olan hər bir İsrail əsgəri üçün 50 əsirin, hər mülki şəxs üçün isə 30 əsirin azad edilməsini tələb etdiyi bildirilir.

Günel Məlikzadə

Seçilən
39
50
Mənbələr
Şərh ()
Bağla