AZ

İsrailin Beerşeba şəhərində hava hücumu xəbərdarlığı elan edilib

İsrailin cənubundakı Beersheba şəhərində hava hücumu sirenləri keçən ilin dekabrından bəri ilk dəfə səslənib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

 

"İsrailin cənubunda sirenlər səslənib", - məlumatda deyilir.

 

İsrailin raket xəbərdarlığı sistemi Tzeva Adomun məlumatına görə, Beerşeba və onun ətrafında sirenlər səslənib.

 

Ölkənin şimalında, Livanla sərhədə yaxın Kiryat Şmona və İfta yaşayış məntəqələrində də həyəcan siqnalı işə salınıb.

 

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Mayın 10-da səhər saatlarında İsrail sülh danışıqları uğursuz başa çatdıqdan sonra Qəzza zolağının cənubundakı Rəfaha hücum edib.

 

Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Həmin gün HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa tufanı əməliyyatının başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
19
oxu24.com

10Mənbələr