AZ

“O, GÜRCÜSTANA XƏYANƏT EDİR” - Baş nazir Prezidenti təhqir etdi

Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulu ətrafında siyasi gərginlik durmadan artır. Bu məsələ hökumətlə Prezident arasında onsuz da normal olmayan münasibətləri daha da korlayıb.

“AzPolitika” xəbər verir ki, Gürcüstan mətbuatının yazdığına görə, ölkənin Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini “satqın” adlandırıb.

Baş nazir hesab edir ki, Prezident Gürcüstanın dövlət maraqlarını satır: “Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstan Prezidenti adlandırılan şəxs sözün hərfi mənasında bu ölkə üçün satqındır. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir. Çox təəssüf ki, bu gün bu şəxs Gürcüstanın Prezidenti adlanır, buna görə mən şəxsən gürcü cəmiyyətindən üzr istəyirəm”.

Qeyd edək ki, Baş nazirin bu ritorikası Zurabişvilinin küçə etirazlarını dəstəkləməsilə bağlıdır. Belə ki, bundan öncə Zurabişvilinin “xarici agentlər” haqqında qalmaqallı qanun layihəsinə veto qoymağa hazırlaşdığı bildirilib. Bunun ardınca isə genişmiqyaslı etirazların daha da artacağı gözlənilir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
azpolitika.info

10Mənbələr