Çinin "ByteDance" şirkətinə məxsus TikTok sosial şəbəkəsi Avropa İttifaqında (Aİ) bloklana bilər.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
"Bu, istisna deyil",-deyə Politico qəzeti avropalı siyasətçidən sitat gətirib.
Von der Leyen əlavə edib ki, Avropa Komissiyası dünyada TikTok-un korporativ smartfonlarda istifadəsini qadağan edən ilk təşkilat olub.