AZ

Yığmamız Avropa kubokuna 147 cüdoçu ilə qatılacaq

Göygöldə yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunda iştirak edəcək ölkələrin siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq və fərdi neytral idmançılar olmaqla 400-ə yaxın idmançı qatılacaq.

Yığmamız yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində 147 cüdoçu (102 oğlan və 45 qız) ilə təmsil olunacaq.

Yarış mayın 4-5-də Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.

İdman.biz

Seçilən
120
9
Mənbələr
Şərh ()
Bağla