AZ

"Azərbaycan-Ermənistan arasında üçüncü bir vasitəçi tərəfi yoxdur" -Oqtay Qasımov

“44 günlük müharibədən sonra Rusiya aktiv şəkildə iki ölkə arasında vasitəçilik missiyasını həyata keçirirdi. 2021-ci ilin dekabrında Qərb, Avropa İttifaqı da prosesə qoşuldu və bunun ardınca ABŞ-da bir neçə dəfə Azərbaycan və Ermənistan arasında, xüsusilə də nazirlər səviyyəsində geniş tərkibli görüşlər təşkil edərək bu və ya digər formada prosesə müdaxilə etdi. Münxen Təhlükəsizlik toplantısında Blinkenin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan liderlərinin görüşü keçirildi. Son iki ilə baxdığımızda daha çox biz Qərbin aktiv rol aldığı bir prosesi görməkdəyik. Ancaq nəzərə alsaq ki, keçən ilin payızından Azərbaycan ikitərəfli danışıqlar formatını təklif etdi və müəyyən qədər də buna nail olunub. Hələlik Almaniyanın təşkil etdiyi iki görüş buna misal ola bilər. Həm Münxen Təhlükəsizlik toplantısında Almaniya Kanslerinin təşkilatçılığı və Azərbaycan-Ermənistan liderlərinin görüşü oldu. Bundan əvvəl dekabrın sonunda Peterburqda MDB-nin qeyri-rəsmi toplantısında liderlərin birbaşa ayaqüstü də olsa qısa bir görüşməsi olmuşdu və həmçinin xarici nazirlərinin Almaniyada ikitərəfli görüşü keçirildi. Bundan əlavə Qazaxıstanda da belə bir görüşün keçirilməsi gözlənilir. Hər halda bütün bu istiqamətlərdə baxdığımızda ikitərəfli danışıqlarda, biz proseslərin daha sürətli getdiyini görməkdəyik. İndiyə kimi iki vasitəçi tərəf olub: Qərb və Rusiya. Vasitəçilərin sayının çoxalması da əslində bir formada prosesi əngəlləyən əsas amillərdən hesab olunur”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi ekspert Oqtay Qasımov deyib.

O qeyd edib ki, prosesdə vasitəçi qismində iştirak etməyə çalışan tərəflər prosesdə, eyni zamanda özlərinin də maraqlarını prosesə daxil edirlər ki, bu da ümumi halda gedişata təsir edir və əngəlləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
aznews.az

1Mənbələr