AZ

Birinci Qarabağ müharibəsində itkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb

“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 872 nəfərin əsir götürülməsi bizə məlum idi”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bunu hadisə şahidlərinin, əsirlikdən qayıdan vətəndaşların məlumatı təsdiq edir.

“Səhv etmirəmsə, onlardan 253 nəfəri Ermənistanda saxlanılırmış. Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatlar vasitəsilə onların taleyi ilə bağlı məlumat tələb etmişik.

Ermənistan tərəfinin aidiyyəti qurumu ilə bununla bağlı işləməyə hazırıq”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
8
Mənbələr
Şərh ()
Bağla